12:31 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 64 yeni domen verilib.
ABC.AZ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 217 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 32 % azdır.
Təkcə oktyabrda 4 yeni domen və 12 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 33 % çox və 77 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025