Özbəkistan ABŞ-yə 100 milyard dollardan çox sərmayə yatıracaq

10:05 - 7.11.2025


7 noyabr, Fineko/abc.az. Növbəti on il ərzində Özbəkistan ABŞ-yə 100 milyard dollardan çox sərmayə yatıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, qarşıdakı üç il ərzində Özbəkistan “təxminən 35 milyard dollarlıq alış və investisiya həyata keçirəcək, növbəti on il ərzində isə ABŞ iqtisadiyyatının əsas sahələrinə — həyati əhəmiyyətli faydalı qazıntıların hasilatı, aviasiya, avtomobil ehtiyat hissələrinin istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika və kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrə — 100 milyard dollardan artıq sərmayə qoyacaq”.

Agentlik qeyd edir ki, Tramp faydalı qazıntılarla zəngin olan Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək niyyətindədir. 6 noyabrda o, Ağ Evdə Özbəkistan prezidenti Şövkət Mirziyoyevlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderlərini də qəbul edib.

Dünya Bankının məlumatına görə, 2024-cü ildə Özbəkistanın ÜDM-i 115 milyard dollardan bir qədər az olub.