16:54 - 7.11.2025
7 noyabr, Fineko/abc.az. Türkiyə Kanadanın AtkinsRealis şirkəti ilə nüvə stansiyalarının tikintisində əməkdaşlığı inkişaf etdirmək məqsədilə texniki araşdırmalara başlamaq barədə razılığa gəlib.
ABC.AZ xəbər verir ki, Türkiyə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib ki, söhbət respublikanın daha iki atom elektrik stansiyası tikməkdən gedir.
Nazir Kanadanın AtkinsRealis şirkəti ilə Sinop və Trakyada atom elektrik stansiyalarının tikintisində CANDU (Kanada istehsalı olan ağır nüvə reaktoru) texnologiyasının mümkün istifadəsi ilə bağlı danışıqlar apardığını bildirib.
O, ayrıca qeyd edib ki, əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək üçün "texniki araşdırmalara başlamaq üçün birgə qərar qəbul edilib".
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025