Azərbaycan nefti bahalaşıb

10:11 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,7 ABŞ dolları, yaxud 4,15 % artaraq 67,78 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.