12:30 - 12.11.2025
12 noyabr, Fineko/abc.az. Özbəkistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ölkə müəssisələrinin xarici bazarlara çıxışının genişləndirilməsi və iqtisadi əlaqələrin, o cümlədən Azərbaycanla əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım hesab edir.
ABC.AZ xəbər verir ki, bunu Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və orta biznesin inkişafı sahəsində dövlət siyasətinin analitik dəstəyi və koordinasiyası Departamentinin direktoru Timur Xusanov Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.
Onun sözlərinə görə, Özbəkistanda kiçik və orta biznesin (KOB) sürətli artımının əsas amili ÜDM-in ildə təxminən 6 % səviyyəsində sabit artımıdır ki, bu da sahibkarlığın inkişafı üçün möhkəm zəmin yaradır.
"Bu, iqtisadiyyatımızın dayanıqlığını təmin edən yaxşı infrastrukturdur. Lakin Özbəkistan üçün əlaqəlilik çox vacibdir – bu, yol xəritələrinin, dəmir yollarının və avtomobil yollarının inkişafını və bunun həm də Azərbaycanla əməkdaşlıq çərçivəsində reallaşdırılmasını əhatə edir. Bu, əsas istiqamətdir və İqtisadiyyat və Maliyyə Nazirliyi olaraq əsas vəzifəmiz biznes üçün keyfiyyətli infrastruktur yaratmaqdır", - T.Xusanov vurğulayıb.
Qeyd edək ki, Özbəkistan ABŞ, Çin və Böyük Britaniya ilə ÜTT-yə üzvlüklə bağlı danışıqları başa çatdırıb.
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025