Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib

13:23 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Ceyhun Cəlilov bunadək Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsini icra edirdi.