17:26 - 12.11.2025
12 noyabr, Fineko/abc.az. Oktyabr ayında dünyada tam elektriklə işləyən avtomobillərin və elektrik şəbəkəsinə qoşulan hibridlərin satış həcmi 1,9 milyon ədəd təşkil edib. Bu göstərici 2024-cü ilin oktyabrı ilə müqayisədə 23% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə analitika şirkəti “Rho Motion”a istinadən “Reuters” agentliyi məlumat verib.
Avropada elektromobil satışları 36% artaraq 372 min ədədə çatıb. Ən çox satış Almaniya, Fransa və Böyük Britaniyada qeydə alınıb. Çində isə satışlar 1,3 milyon elektromobilə yüksəlib. Şimali Amerikada satışlar 41% azalaraq 100 min ədəd olub, halbuki avqust və sentyabr aylarında rekord səviyyədə idi. Kəskin enişin əsas səbəbi ABŞ-də 30 sentyabrdan etibarən yeni elektromobillərə tətbiq olunan 7,5 min dollarlıq vergi güzəştinin ləğv edilməsi olub.
Avropa, ABŞ və Çin bazarları istisna olmaqla, dünyanın digər regionlarında oktyabr ayında satışlar 37% artıb və 141 mindən çox elektromobil satılıb. “Rho Motion” mütəxəssisləri ilin sonuna qədər həm Avropada, həm də Çində güclü satış artımı proqnozlaşdırırlar.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025