“Bakı Avtomobil Sənaye” ASC 15 ildən sonra bağlana bilər

17:30 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. “Bakı Avtomobil Sənaye” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Avtomobil Sənaye” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

3. “Bakı Avtomobil Sənaye” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi və ya cəmiyyətin ləğv edilməsi barədə qərarın (Ləğvetmə komissiyası (və ya təsviyəçi) yaradılmaqla) qəbul edilməsi;

4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

5. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq. İclasın keçiriləcəyi tarix: 29 dekabr 2025-ci il tarixdə, saat 15:00-da. İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 4, “Bakı Avtomobil Sənaye”ASC-nin inzibati binasıdır.