Neft ötən gün düşdükdən sonra sabitdir, Brentin bareli $62,68 təşkil edir

09:31 - 13.11.2025


13 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti dünən kəskin enişdən sonra cümə axşamı hərracda sabitləşib.

Saat 09:28-ə olan məlumata görə ICE Futures birjasında Brent markalı neftin  yanvar fyuçersləri $0,03 (0,05%), bir barel üçün $62,68-a düşüb. Noyabrın 12 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $2,45 (3,76%) ucuzlaşaraq bir barel üçün $62,71-a düşüb.

Saat 09:28-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,06 (0,10%) azalaraq bir barel üçün $58,43-a düşüb. Noyabrın 12 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $2,55 (4,18%) - bir barel üçün $58,49-a düşüb.