11:17 - 13.11.2025
13 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) "Pul Siyasəti İcmalı"nın yeni buraxılışı dərc edilib.
ABC.AZ-ın məlumatına görə, sözügedən buraxılışda qeyd edilib ki, bu il neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) 0,2 %, gələn il isə 2,4 % azalacağını proqnozlaşdırır.
Sənədə əsasən, ölkədə ümumi iqtisadi artımı daha çox qeyri-neft-qaz sektoru təmin edəcək.
"Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. 2025 və 2026-cı illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq"- deyə icmalda qeyd olunub.
Müəllif: Elmir Murad
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025