14:50 - 13.11.2025
13 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 mənzil alıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsindən bildirilib. Məlumata görə, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə olaraq 59 mənzil və ya 8,6 % çoxdur.
Təkcə oktyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 96 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 18 mənzil və ya 23,1 % çoxdur.
Oktyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda bir pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Türkiyədə xarici vətəndaşlara 17 161 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 2 214 mənzil və ya 11,4 % azdır.
Təkcə oktyabrda isə xaricilər Türkiyədə 2 123 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 9 mənzil və ya 0,4 % azdır.
Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 10 ay ərzində 2 835 mənzil satılıb. Bu, ötən ilin ilk 10 ayı ilə müqayisədə 1 173 ədəd və ya 29,3 % azdır.
Təkcə oktyabrda isə rusiyalılar Türkiyədə 315 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 58 ədəd və ya 15,5 % azdır.
Növbəti yeri Almaniya vətəndaşları tutublar. Almanlar bu siyahıda keçən ay ikinci olan İranı qabaqlayıblar. Belə ki, bu ilin 10 ayında onlar bu ölkədə 1 120 mənzil satılıb ki, bu da illik müqayisədə 78 ədəd və ya 7,5 % çoxdur. Oktyabrda isə iranlılara 191 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 64 mənzil və ya 50,4 % çoxdur.
Ötən ay üçüncü yerdə İran vətəndaşları qərarlaşıblar. Belə ki, yanvar-oktyabr aylarında İran vətəndaşları Türkiyədə 1 499 mənzil sahib olublar. Bu da 2024-cü ilin 10 ayı ilə müqayisədə 228 mənzil və ya 13,2 % azdır. Ötən ay isə iranlılar Türkiyədə 172 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə eynidir.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025