2025-ci ildə CO₂ emissiyaları "yaşıl" enerjinin artmasına baxmayaraq rekord həddə çatacaq

16:58 - 13.11.2025


13 noyabr, Fineko/abc.az. Fosil yanacaqların yandırılmasından qlobal karbon dioksid emissiyaları 2025-ci ildə 1,1% artaraq rekord 38,1 milyard ton CO₂-yə çatacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Global Carbon Budget bildirir. Çin və Hindistan kömür istifadəsini azaldaraq, günəş və külək enerjisini artırır, lakin buna baxmayaraq, neft və qaz istehlakında ümumi artım davam edir. Alimlərin fikrincə, Yer kürəsi artıq 1,36 dərəcə istiləşib və istiləşməni 1,5 °C dərəcədə saxlamaq demək olar ki, qeyri-mümkündür.