İcmal büdcənin gəlirləri 10 ayda 40,961 milyard manat təşkil edib

17:08 - 13.11.2025


13 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40,961 milyard manat təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.

Məlumata əsasən, 2025-ci ilin 10 ayı ərzində icmal büdcənin xərcləri 32,692 milyard manat məbləğində icra edilib.

Bu isə ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872,7 milyon manat və ya 2,7 faiz çoxdur.

Nəticə etibarilə bu ilin ilk 10 ayında icmal büdcədə 8,269 milyard manat profisit yaranıb.