09:18 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri Cümə günü hərracda yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri saat 09:13-ə olan məlumata görə $0,94 (1,49%) artaraq bir barel üçün $63,95-a yüksəlib. Noyabrın 13 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,30 (0,48%) artaraq bir barel üçün $63,01-a çatıb.
Saat 09:13-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,95 (1,62%) artaraq bir barel üçün $59,64-a yüksəlib. 13 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,20 (0,34%) – bir barel üçün $58,69-a yüksəlib.
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025