10:09 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Çinin texnologiya şirkəti "Baidu" 2026-cı ildə yeni nəsil süni intellekt çipi "Kunlun M100"ü buraxmağı planlaşdırır.
ABC.AZ-ın məlumatına görə, bunu yerli "Yicai" nəşri yazıb.
Nəşrin yazdığına görə, "Kunlun M100" daha optimallaşdırılmış performansa malik olacaq. Bundan əlavə, "Baidu" 2027-ci ildə təlim və məlumat çıxarmaq üçün daha güclü M300 çipi buraxmağı da planlaşdırır.
"Baidu"nun "Kunlun" çipləri artıq Çində onlayn maliyyə, enerji, nəqliyyat və təhsil kimi sektorlarda istifadə olunur.
"Baidu" 2011-ci ildə öz çiplərini hazırlamağa başlayıb. 2021-ci ildə ayrıca ixtisaslaşmış şirkət "Kunlunxin" yaradılıb.
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025