10:27 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,8 % artaraq 962,1 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 49,6 %, meyvə-tərəvəzin ixrac dəyəri 30 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 22,8 %, pambıq ipliyin ixrac dəyəri 8,8 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 3,8 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,5 % artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 260 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,1 % artaraq 1,03 milyard ABŞ dolları təşkil edib.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025