ABŞ bu ölkəyə uranı zənginləşdirməyə icazə verdi

10:33 - 14.11.2025


14 noyabr, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları Cənubi Koreyanı mülki məqsədlər, o cümlədən, nüvə zərbəli sualtı qayıqlar üçün yanacaq istifadəsi üçün uranın zənginləşdirilməsinə icazə verib.

ABC.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin noyabrın 14-də verdiyi açıqlamada deyilir.

Bu qərar, Seula öz nüvə enerjisini inkişaf etdirməyə və bölgədəki artan qeyri-sabitlik şəraitində dəniz potensialını gücləndirməyə imkan verir. Eyni zamanda, bütün fəaliyyətlərin beynəlxalq normalar çərçivəsində həyata keçiriləcəyi vurğulanır.

Razılaşma Cənubi Koreya prezidenti Li Çje Menin ABŞ-a səfəri fonunda əldə edilib.

Xatırladaq ki, Cənubi Koreya uzun müddət ABŞ-dan uranın zənginləşdirilməsi və işlənmiş yanacağın emalı üçün icazə istəyirdi. Belə ki, bu proseslər 1974-cü il ikitərəfli Sazişi ilə qadağan edilmişdir. Seul son illərdə enerji müstəqilliyinə ehtiyac olduğunu və Şimali Koreyanın təhdidlərini əsas gətirərək yenidən baxılmasını tələb edirdi.