11:22 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. “MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin məlumat bazasında qeyd edilmiş rəqəmlərdən aydın görmək olur.
Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 18 129 820.72 manatdır.
Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”, “MS Asfalt” və “MS Karyer” sahələridir.
5 Dekabr 2025
5 Dekabr 2025
5 Dekabr 2025
5 Dekabr 2025