12:00 - 13.11.2025
13 noyabr, Fineko/abc.az. 12 noyabr 2025-ci il tarixində Amerika taxıl birjalarında aparılan hərraclarda əksər mövqelərdə müsbət dinamika müşahidə edilib.
ABC.AZ xəbər verir ki, CBOT (Çikaqo) birjasında qarğıdalı kotirovkaları 3,25 ¢ (0,75%) artaraq 435,25 ¢/bsh təşkil edib, yulaf isə 1,25 ¢ (0,41%) bahalaşaraq 306,25 ¢/bsh olub. Yumşaq qırmızı dənli qış buğdasının (SRW) qiyməti dəyişməyərək 536,00 ¢/bsh səviyyəsində qalıb.
KCBT (Kanzas) birjasında sərt qırmızı dənli qış buğdasının (HRW) kotirovkaları 1,75 ¢ (0,33%) artaraq 525,50 ¢/bsh təşkil edib. Eyni zamanda, CBOT-da uzun dənli düyü 0,05 dollar (0,47%) ucuzlaşaraq 10,56 usd/cwt təşkil edib.
Ümumiyyətlə, taxıl bazarı günü cüzi, lakin əsasən artan kotirovka hərəkəti ilə başa vurub.
17 Dekabr 2025
17 Dekabr 2025
17 Dekabr 2025
17 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025