14:34 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,82 milyon ABŞ dolları dəyərində 2 452 ton kivi idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % azdır.
Azərbaycan İrandan 1,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % az) 2 298 ton (-15 %), Çilidən 107 min ABŞ dolları dəyərində (+37 %) 77 ton (+38 %), Çindən 84 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 75 ton (+15 dəfə), İtaliyadan 15,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 1,9 ton (+4 dəfə), Yeni Zelandiyadan 1,92 min ABŞ dolları dəyərində (-67 %) 0,21 ton (-71 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 121 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 80 ton (+7 %) kivi ixrac edib.
Azərbaycan Ukraynaya 66 min ABŞ dolları dəyərində 24,1 ton, Rusiyaya 39,15 min ABŞ dolları dəyərində (+3 dəfə) 37,43 ton (+2 dəfə) və Qazaxıstana 15,36 min ABŞ dolları dəyərində (-65 %) 18,35 ton (-69 %) məhsul satıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Ukraynaya kivi tədarükünü bərpa edib.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025