15:28 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,4 milyon ABŞ dolları dəyərində 5 163 ton nar ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Azərbaycan Rusiyaya 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çox) 4 924 ton (+47 %), Gürcüstana 144 min ABŞ dolları dəyərində (+76 %) 185 ton (+36 %), Ukraynaya 52 milyon ABŞ dolları dəyərində (-69 %) 51,8 ton (-70 %) və Səudiyyə Ərəbistanına 2,55 min ABŞ dolları dəyərində (-52 %) 0,1 ton (-69 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 146 min ABŞ dolları dəyərində (+dəfə) 71,2 ton (+dəfə) nar idxal edib.
Azərbaycan Rusiyadan 78,4 min ABŞ dolları dəyərində 28 ton (1 il əvvəl tədarük olmayıb), Perudan 26,8 min ABŞ dolları dəyərində (-27 %) 10,7 ton (-28 %), Türkiyədən 24,8 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 20,7 ton (+4 dəfə), İrandan 12,9 min ABŞ dolları dəyərində (+23 dəfə) 10,7 ton (+19 dəfə), Cənubi Afrikadan 2,2 min ABŞ dolları dəyərində (-49 %) 0,9 ton (-50 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Kolumbiyadan tədarük (0,7 min ABŞ dolları dəyərində 0,05 ton) həyata keçirilib.
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025
11 Dekabr 2025