16:05 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 830 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox investisiya yönəldilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 6 % artıb.
10 ayda istifadə olunmuş investisiyanın 7 milyard 499,8 milyon manatı və yaxud 50,6 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 863,3 milyon manatı və yaxud 32,8 %-i xidmət sahələrinə, 2 milyard 466,9 milyon manatı və yaxud 16,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 486,5 milyon manatını və yaxud 77,5 %-ni daxili investisiyalar təşkil edib, 11 milyard 493,8 milyon manatı və yaxud 77,5 %-i bilavasitə tikintiquraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025