16:14 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 52,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % az sənaye məhsulu istehsal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,2 % azalıb, qeyri-neft-qaz sektorunda isə 4,9 % artıb.
Sənaye məhsulunun 60,8 %-i mədənçıxarma sektorunda, 32,8 %-i emal sektorunda, 5,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025