Son 10 ayda artan və azalan sənaye məhsulları - Siyahı

16:30 - 14.11.2025


14 noyabr, Fineko/abc.az Bu ilin yanvar-oktyabr aylarında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 % artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 98,4 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 26,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6 %, tütün məmulatlarının istehsalı 11,2 faiz, qida məhsullarının istehsalı 9,5 %, kimya sənayesi məhsullarının istehsalı 8,4 %, neft məhsullarının istehsalı 0,9 % artıb, maşın və avadanlıqların istehsalı 1,2 %, içkilərin istehsalı 1,8 %, tikinti materiallarının istehsalı 4,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,4 %, geyim istehsalı 9,2 %, hazır metal məmulatlarının istehsalı 10 %, mebel istehsalı 10,9 %, elektrik avadanlıqlarının istehsalı 11,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 18,6 %, poliqrafiya məhsullarının istehsalı 19,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 %, kağız və karton istehsalı 27,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,4 % artıb.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə 841,1 milyon manatlıq hazır məhsul olub.