17:06 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 506,1 milyon manatlıq məhsul istehsal edilib.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz azalıb.
2025-сi ilin yanvar-oktyabr aylarında 3280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1153 ədəd az minik avtomobili istehsal olunub.
01.11.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 168 ədəd təşkil edir. Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,7 faiz, yük avtomobillərinin istehsalı isə 31,6 faiz azalıb.
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
16 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025