15:21 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. İstanbulun su anbarlarında suyun səviyyəsi normadan 21,5%-ə enib.
16 milyonluq meqapolisdə 3 milyon kubmetr həcmində gündəlik su istehlakı ilə, su indiki vəziyyətdə təxminən 50 günə çatacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu meteoroloqu Orxan Şen məlumat verib.
"Noyabr ayında yerli su anbarlarının doluluq səviyyəsi 30%-dən çox olmalıdır, lakin bu il belə olmadı. Ötən həftə yağan yağışlar şəhərin yalnız gündəlik istehlakını qarşıladı. Bu həftə İstanbulda ən azı beş gün yağıntı gözlənilmir, su anbarlarında suyun səviyyəsi 21,5%-ə enib", — deyə ekspert bildirib.
"Bir həftə ərzində istehlak üçün yararlı suyun həcmi 200 milyon kubmetrdən 185 milyon kubmetrə qədər azalıb və azalmağa davam edir. İstanbulda gündəlik 3 milyon kubmetr su istehlakı ilə su təxminən 50 günə çatacaq", — deyə o əlavə edib.
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025