"GL" ASC-nin istiqrazlarına 50 investor maraq göstərib

16:55 - 18.11.2025


18 noyabr, Fineko/abc.az. 5 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan AZ2038020288 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.11.2025-ci il tarixində yekunlaşıb. 
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı: "GL" ASC
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 2,000 ədəd
İlkin ticarət qiyməti: 1,000 manat
İstiqrazların buraxılış həcmi: 2,000,000 manat
Kupon faizi: 15%
Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti: 1,000 manat
Reallaşdırılmış həcm: 2,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2,000,000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Anderrayter:  “İnvest-AZ İnvestisiya Şirkəti” QSC