10:15 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Azərbaycanda "AzQr" standartı bütün ölkə üzrə təsdiqlənməkdədir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
O sözügedən standartın perspektivləri barədə danışarkən bildirib ki, "AzQr" həm regionlarda, həm də mərkəzdə subyektlərin nağdsız ödənişlərin qəbul edilməsini daha da asanlaşdıracaq: "Eyni zamanda ödənişlərin xərci azalacaq. Ümumilikdə, bu keçid yalnız maliyyə institutlarının deyil, eyni zamanda sahibkarların da xərclərini ciddi şəkildə azaltmağı hədəfləyir".
Biz Mərkəzi Bank olaraq, bu dəyişiklikləri və dinamikanı nəzərə alaraq, nəzarət mexanizmlərimizi təkmilləşdiririk deyən V.Xəlilov qeyd edib ki, strategiyamıza əsasən, bu, risk əsaslı nəzarətə keçidi ifadə edir. "Bu keçidi reallaşdırmaq üçün bir sıra texnoloji həllər tətbiq edir və həmin həllərin maliyyə institutları tərəfindən də istifadəsinə çalışırıq", - sədr müavini vurğulayıb.
Müəllif: Elmir Murad
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025