Xəzərin suyun təmizlənməsi layihəsinin dəyəri 400 milyon manatı ötür - Vüsal Qasımlı

11:29 - 19.11.2025


19 noyabr, Fineko/abc.az. Yaxın illərdə icrası nəzərdə tutulan iri layihələr mövcuddur.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda bildirib.

V.Qasımlı sözügedən layihələrin bəzilərini də açıqlayıb:

"Onlardan biri Xəzər dənizinin suyun təmizlənməsi və duzsuzlaşdırılması layihəsidir ki, onun dəyəri 400 milyon manatı ötür. Su və nəqliyyat strategiyalarının həyata keçirilməsi üçün isə 2027–2030-cu illər üzrə 5–10 milyard manatlıq investisiya paketi müzakirə edilir".

İİTKM rəhbəri vurğulayıb ki, bütövlükdə 2020–2030-cu illər ərzində dövlətin əsaslı vəsait qoyuluşu illik təxminən 4 milyard manat səviyyəsində olacaq.

Müəllif: Elmir Muradov