Üç sığorta agentinə icrası məcburi sərəncam verilib

11:30 - 19.11.2025


19 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən sığorta agentləri “Azərbaycan Geologiyası”, “Az İnvest Group” və “İNS Consulting” MMC-lərə icrası məcburi sərəncam verilib.

Bu barədə ABC.AZ Mərkəzi Bankın məlumatına istinadla xəbər verir.

Məlumata əsasən, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta agentləri “Azərbaycan Geologiyası”, “Az İnvest Group” və “İNS Consulting” MMC-lərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.