12:12 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Önümüzdəki 5 il ərzində müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bunu "Mastercard"ın Türkiyə, Azərbaycan, Ukrayna və Moldovada Məsləhət və Konsaltinq Xidmətləri üzrə Klaster rəhbəri Eren Özkan Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
O qeyd edib ki, bu, bankçılıq sektorunda böyük bir dəyişiklik yaradacaq.
Sözügedən yeniliklərin 2030-cu ilə qədər baş tutacağını deyən Eren Özkan vurğulayıb ki, hazırda qlobal səviyyədə bankların süni zəkanın inkişafına etdiyi illik sərmayə təxminən 600 milyard dollar civarındadır.
"Bu sərmayəyə həm texnoloji inkişaflar, həm M&A (birgə fəaliyyət və şirkət alınması) fəaliyyətləri daxildir. Lakin bankçılıq sistemində ən çox sərmayənin yönəldiyi sahə iş kodları ilə bağlıdır. Süni zəka ilk dəfə səsləndikdə daha çox effektivliyi artıran, "back-office" və "mid-office" əməliyyatlarını daha insan resursu tələb etmədən, daha aşağı xərclə icra etməyə imkan verən bir konsept kimi qəbul olunurdu. Amma əslində süni zəkanın ən böyük faydası bizə xidmət sahəsində, xüsusilə müştəri xidmətində görünür. Artıq bir çox bank həm qlobal səviyyədə, həm də bölgəmizdə chatbotlardan istifadə etməyə başlayıb, mobil tətbiqlərində tətbiq edirlər" - deyə, E.Özkan bildirib.
Müəllif: Elmir Muradov
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025