14:07 - 2.12.2025
2 dekabr, Fineko/abc.az. (Özəl xəbər) Xaçmazda zərərçəkmiş fermerə 712 min manat sığorta ödənişi verilməsi birmənalı qarşılanmayıb. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri bunu ayrı-seçkilik kimi qiymətləndirib, başqa fermerlərə zərər dəysə də onlara ödəniş edilmədiyini iddia ediblər.
Sözügedən məsələ ilə bağlı Aqrar Sığorta Fondunun mətbuat katibi Əli Əhmədov ABC.AZ-ın sorğusuna cavab olaraq həmin şaxta zamanı ərazidəki başqa təssərrüfatlara da zərər dəyməsini istisna etməyib.
O digər təsərrüfat sahiblərinə ödənişin edilməməsini fermerlərin öz günahı hesab edir:
"Bizə hansı təsərrüfatlardan müraciət gəlibsə, həmin təssərrüfatda araşdırma aparılıb və sığorta ödənişi edilib. Bu təsərrüfatdan əlavə şaxta vurma ilə bağlı digər təsərrüfatlardan müraciət daxil olmayıb. Müraciət olanda Fond həmin təsərrüfatlara da ekspert göndərir, araşdırılır, necə deyərlər, zərər dəydiyi görsənirsə hökmən ödəniş edilir. Biz ona görə də fermerlərə tövsiyyə edirik ki, əkin sahələrini, müxtəlof riskləri vaxtında sığortalasınlar ki, şaxtalar, iqlim dəyişməsi nəticəsində təsərrüfatlarını maksimum zərərdən qoruya bilsinlər. Ona görə də bütün təsərrüfatların sığortalanması lazımdır və eyni zamanda tövsiyyə edirik ki, bağlarda baş vermiş istənilən hadisə ilə bağlı Fonda müraciət etsinlər. Bəzən fermerlər bilmirlər ki, bu hadisələrdə ödəniş var, bilmirlər ki, bu hadisədən ödəniş ala bilərlər. Qoy istənilən hadisə barədə bizə məlumat versinlər".
Xatırladaq ki, sözügedən böyük məbləğdəki ödəniş Xaçmaz rayonunun Nabran qəsəbəsində nektarin bağında baş vermiş şaxta hadisəsi ilə bağlı həyata keçirilib.
2025-ci ilin mart ayında baş verən şaxta nəticəsində bağa ciddi ziyan dəyib.
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026