11:30 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. Ötən həftə daşınmaz əmlakın icbari sığortalanması ilə bağlı dərc etdiyimiz statistikada hələ də insanlarda bu sığorta növünə marağın artmadığı görsəndi.
Lakin, İcbari Sığorta Bürosundan ABC.AZ-ın sorğusuna verilən cavabda 2022-ci ili istisna etsək yığımda artımın olduğu müşahidə olunur.
Belə ki, 2021-ci ildə sözügedən sığorta növündə 58 956 290 manat yığılıb. 2022-ci ildə yığım yenidən azalaraq 53 502 453 manata düşüb. 2023-cü ildə yığımda böyük sıçrayış yaranıb və mənləğ 74 150 948 manata qədər çoxalıb. 2024-cü ildə cüzi artımla məbləğ 78 932394 manata qədər yüksəlib.
2025-ci ilin 9 ayına görə hazırda bu növ səğortada yığım 64 402 840 manat civarındadır. Nəzərə alsaq ki, il hələ tam yekunlaşmayıb, ola bilər ki, yığımda cüzi də olsa artım baş versin. Amma, ümumilikdə ölkə üçün yığım da, bu sığorta ya maraq da gözləniləndən aşağıdır.
Müəllif: Elmir Muradov
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026