15:11 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. (özəl xəbər) Azərbaycan Sənaye Sığorta şirkəti vətəndaşın sığorta ödənişini etməkdən boyun qaçırır.
Bunu ABC.AZ-a müraciət edən 77 YU 285 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Nuşirəvan Əliyev deyir. Sürücünün sözlərinə görə, noyabrın 27-i və 31-də iki dəfə avtomobili digər hərəkət iştirakçısı tərəfindən vurulub.
Taksi sürücüsü olduğunu deyən şikayətçi axırıncı qəzadan sonra avtomobilin hərəkət etmədiyini iddia edir və ümumilikdə maşına 4700 manatdan çox vəsait lazım olduğunu söyləyir.
Bu barədə Azərbaycan Sənaye Sığorta şirkətinə dəfələrlə müraciət etsə də N.Əliyevin tələbləri rədd edilib. Qarşı tərəf sürücüyə vətəndaşın istədiyindən xeyli aşağı məbləğ hesablayıb:
"Birinciyə 890, ikinciyə isə 470 manat hesablayıblar. Bu isə avtomobilə lazım olan xərcin heç dörddə birini qarşılamır. Bir neçə dəfə müstəqil ekspert istədim təyin etmədilər, öz ekspertlərini yönləndirdilər. Verdikləri siyahıdakı ekspertlər heç Mərkəzi Bankın siyahısında da yoxdur. Artıq 3-cü aydır ki, problemi uzadır və ödənişimi etmirlər". Sürücü deyir ki, bununla bağlı Mərkəzi Banka da müraciət edib, lakin tənzimləyici qurum məsələyə soyuq yanaşıb. N.Əliyev deyir ki, hələ də ekspertlər maşına baxış keçirməyib.
Müəllif: Elmir Muradov
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
22 Yanvar 2026