Bu ölkə Rusiyadan nüvə sualtı qayığını lizinqə götürmək istəyir

17:11 - 4.12.2025


4 dekabr, Fineko/abc.az. Hindistan Rusiyanın nüvə sualtı qayığını 10 il müddətinə lizinqə götürmək istəyir.

ABC.AZ xəbər verir ki, məlumata görə, danışıqlar təxminən 10 il davam edib. Hindistan lizinqə görə təxminən 2 milyard dollar ödəyəcək.

İcarə şərtlərinə görə, Rusiya sualtı qayığı real döyüş əməliyyatlarında istifadə edilməyəcək. Qayıqda Hindistan dənizçiləri, ölkənin öz sualtı qayıqlarını inşa etdiyi müddətdə nüvə sualtı qayıqlarının istismarını öyrənəcəklər.

Xatırladaq ki, 2012-2021-ci illərdə Hindistan Rusiyadan “Nerpa” nüvə sualtı qayığını icarəyə götürmüşdü. Həmin sualtı qayığın adı dəyişdirilib “Çakra” qoyulmuşdur.