18:10 - 4.12.2025
4 dekabr, Fineko/abc.az. Rusiyanın Power Wheels şirkəti 2025-ci ildə “Rusal”ın Yüngül Materiallar və Texnologiyalar İnstitutunda hazırlanmış aliminium-skandiya ərintisindən olduqca yüngül təkər disklərini sınaqdan keçirib.
ABC.AZ xəbər verir ki, ərinti yüksək möhkəmlik və korroziyaya davamlılıqla seçilir, bu da disklərin müxtəlif iqlim şəraitində etibarlı işləməsini təmin edir.
Disklərin sınağı 2,6 ton ağırlığında və 860 a.g. gücündə yarış avtomobilində keçirilib. 20 düym diametrli, 10,6 sm enində disk cəmi 7,75 kq ağırlığındadır ki, bu da ən yaxşı seriyalı aliminium analoqundan (9,4 kq) xeyli yüngüldür. Çəkinin azaldılması xüsusilə avtomobil və motosport üçün vacibdir, çünki orada “qramlar uğrunda mübarizə” gedir.
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026