Roblox uşaqlar üçün fiziki cəhətdən təhlükəlidir — Ekspert

16:21 - 5.12.2025


5 dekabr, Fineko/abc.az. Roblox oyunu uşaqların sağlamlığı üçün fiziki təhlükə yaradır.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Maarif Universitetinin (RF) elmi işlər üzrə prorektoru Dmitri Kulikov bildirib.

Ekspertin fikrincə, Roblox platformasında şəxsi məlumatların sızması təhlükəsi də daxil olmaqla digər risklər uşaqların sağlamlığı üçün real təhdiddir.
“Konkret olaraq bu platforma uşaqlar və yeniyetmələr üçün qadağan olunmuş kontentin ötürücüsünə və kiberbulling meydanına çevrilib, şəxsi məlumatların sızması təhlükəsi isə yalnız mənəvi deyil, həm də fiziki sağlamlıq üçün real risk yarada bilər”, — Kulikov qeyd edib.

Prorektorun sözlərinə görə, uşaqların canlı şəkildə yarışlarda iştirak etməsi daha faydalıdır, məsələn, olimpiadalarda. O həmçinin bu il Rusiya Təhsil Nazirliyinin dəstəyi ilə süni intellekt üzrə növbəti Ümumrusiya olimpiadasının keçirildiyini xatırladıb.