11:03 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. “Volkswagen”in (VW) istehsal, texnologiya və infrastruktur sahələrinə yatırımları 2030-cu ilə qədər 160 milyard avroya çatacaq.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri Oliver Blume “Frankfurter Allgemeine Sonntagszeitung” (FAS) qəzetinə verdiyi müsahibədə bildirib.
Bu investisiyalar şirkətin hər il yenilənən beşillik planının bir hissəsidir.
Bu il nəzərdə tutulmuş investisiyaların həcmi əvvəlki illərlə müqayisədə azalıb.
Məsələn, 2024–2028-ci illər üçün 180 milyard avro, 2025–2029-cu illər üçün isə 165 milyard avro investisiya planlaşdırılmışdı.
Son illərdə VW tələbatın azalması, elektrokar satışlarında çətinliklər və Çin şirkətləri ilə güclənən rəqabət səbəbindən ciddi problemlərlə üzləşir. 2024-cü ildə “Volkswagen” bəzi zavodların bağlanacağını və on minlərlə işçinin ixtisar ediləcəyini açıqlamışdı. Bu il isə şirkətə Donald Trampın tətbiq etdiyi idxal rüsumları əlavə problemlər yaradıb. “Volkswagen” üçüncü rübü 1,1 milyard avro zərərlə başa vurub, ABŞ rüsumları səbəbindən 2025-ci ildə ümumi itkilərini 5 milyard avro olaraq qiymətləndirir.
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026