16:01 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Azərbaycanda növbəti ildən ixracatçı və idxalatçılar tərəfindən təqdim olunan bütün mənşə sertifikatı müraciətlərinin xüsusi elektron alt modul vasitəsilə qəbulu planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində agentlik tərəfindən 87,6 min mənşə sertifikatı təqdim edilib:
"Bu sertifikatların 76,9 %-i - yəni 63 349-u - CT-1 formalı mənşə sertifikatlarıdır. Əsas ticarət tərəfdaşlarımız qeyri-neft sektorunda MDB ölkələridir və ixracatçılar bu sertifikatın əldə olunmasında maraqlıdırlar.
Təcrübə göstərir ki, idxalçı ölkələrdən bəzən mənşə sertifikatlarının doğruluğu ilə bağlı agentliyə sorğular daxil olur. Bu isə ixracatçılar üçün vaxt itkiləri və əlavə xərclər yaradır, xüsusilə də həmin sənədlərin qəbulu və yoxlanılması idxalçı ölkələrin gömrük orqanlarında aparıldığından prosesi uzadır".
E. Quliyev qeyd edib ki, Azərbaycan və Rusiya hökumətləri arasında malların mənşəyinin qarşılıqlı tanınma əsasında elektron sertifikatlaşdırılması sistemi ilə bağlı protokol təsdiqlənib.
22 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
20 Yanvar 2026