09:57 - 9.12.2025
9 dekabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Energetika Nazirliyi tərəfindən Naxçıvan üçün "yaşıl enerji zonası" konsepsiyası və tədbirlər planının ilkin layihələri hazırlanıb və aidiyyəti qurumlara rəy və təkliflərin bildirilməsi üçün göndərilib.
ABC.AZ xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, müvafiq rəylər artıq bütün qurumlardan daxil olub:
"Hazırda onların ümumiləşdirilməsi və sənədin yekun versiyasında nəzərə alınması istiqamətində işlər davam etdirilir".
Naxçıvanın çox böyük günəş enerjisi potensialı olduğunu vurğulayan C. Abdullayevin sözlərinə görə, burada məhdudiyyət yalnız şəbəkə imkanları səviyyəsindədir:
"Naxçıvan hökuməti tərəfindən bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaqayırma prosesləri gedir. Artıq 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən olunub və iki 25 meqavat gücündə stansiyanın inşası ilə bağlı danışıqlar yekun mərhələsinə daxil olub. Planlaşdırırıq ki, ilin sonuna qədər müqavilə bazası imzalanılsın və növbəti ilin əvvəllərindən həmin iki stansiyanın inşası ilə bağlı intensiv işlərə start verilsin".
23 Yanvar 2026
23 Yanvar 2026
23 Yanvar 2026
21 Yanvar 2026
21 Yanvar 2026