Azərbaycan 9 ayda Türkiyədən 11 milyon dollarlıq ağac idxal edib

16:42 - 9.12.2025


9 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 18,3 milyon ABŞ dolları dəyərində 7 milyon 693 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çox) 5 milyon 400 min ədəd (+42 %), İtaliyadan 2,2 milyon ABŞ dolları dəyərində (-25 %) 336,5 min ədəd (-33 %), İspaniyadan 1,5 milyon ABŞ dolları dəyərində (+73 %) 281 min ədəd (+55 %), Fransadan 1,5 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 470 min ədəd (+13 dəfə), Belçikadan 692 min ABŞ dolları dəyərində (+29 %) 106 min ədəd (+10 dəfə) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tunisdən tədarük (84 min ABŞ dolları dəyərində 10 min ədəd) həyata keçirilib.