17:31 - 9.12.2025
9 dekabr, Fineko/abc.az. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, dövlət qulluqçusu müddətli həqiqi və ya alternativ hərbi xidmətə çağırıldıqda onunla dövlət qulluğuna xitam verilə bilər və bu halda əməkdaş üç aylıq orta məvacibi qədər müavinət alacaq.
ABC.AZ xəbər verir ki, hərbi xidmətdən qayıdan dövlət qulluqçusu 60 gün ərzində müraciət etdiyi halda əvvəlki vəzifəsinə və ya analoji vəzifəyə bərpa olunacaq.
Bundan başqa, xidmətə gedənədək dövlət qulluqçusu olmuş şəxslərin hərbi xidmətdə keçirdiyi müddət də dövlət qulluğu stajına daxil ediləcək.
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026
16 Yanvar 2026