AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

10:49 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) olub.

Bu barədə ABC.AZ “AzInTelecom” MMC-yə istinadla xəbər verir .

Agentlik informasiya sistemləri və ehtiyatlarını “AzInTelecom”a məxsus Bakı Data Mərkəzinə tam şəkildə yerləşdirib. Bununla da AYNA kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-ə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.