AMB “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsini cərimələyir

15:42 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-nin  (portmanat.az) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, noyabrda, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 000 manat məbləğində cərimə edilib.

Cari ilin sentyabrında isə anunun 63.1-ci maddəsi rəhbər tutularaq, “Mobile Payment Solutions” MMC-yə ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsinin dərhal dayandırılmasına dair icrası məcburi olan göstəriş verilmişdi.