16:01 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Azərbaycanda məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı, eləcə də onların əməkhaqqıları artırılacaq.
ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb.
Sənəddə bildirilib ki, ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.
Ştat sayının artırılmasına dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Bu iş üçün əsas icraçı orqan Nazirlər Kabineti müəyyən edilib.
Ümumilikdə bu sahədə beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınacaq.
16 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026