17:23 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Çin hakimiyyəti 2026-cı ildə “orta yumşaq” pul-kredit siyasəti və “daha aktiv” fiskal strategiya tətbiq edəcək.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi İqtisadi İşlər Yığıncağının yekun kommünikesində bildirilir.
Sənədə əsasən, Pekin iqtisadi artımı stimullaşdırmaq üçün faiz dərəcələrinin və məcburi bank ehtiyatlarının azaldılması alətlərindən “çevik və effektiv” şəkildə istifadə etməyi planlaşdırır.
Həmçinin büdcə kəsirinin lazımi səviyyədə saxlanılması və daxili siyasətin “beynəlxalq ticarət-iqtisadi rəqabət”lə daha güclü şəkildə əlaqələndirilməsi zərurəti vurğulanır.
22 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
20 Yanvar 2026