17:24 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.
ABC.AZ xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:
– Ərazi-təşkilat məsələləri sektoru
– Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru
– İctimai-siyasi və humanitar məsələlər sektoru
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:
– Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
– Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru
16 Yanvar 2026
16 Yanvar 2026