Daha bir ödəniş şirkətinin fəaliyyəti müvəqqəti dayandırılıb

10:03 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Greentek Group” MMC-də ödəniş xidmətlərinin müvəqqəti olaraq dayandırılması barədə göstəriş verib.

ABC.Az Xəbər verir ki, bu barədə AMB məlumat verib. istinadən xəbər verir.eə ki, həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.

Əldə etdiyimiz digər məlumatda 8 oktyabr 2025-ci il tarixindən lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətləri dayandırıldığı qeyd edilib.