Hindistan Çində və Avropada yeni bazarlar hesabına ixracını artırıb

14:31 - 12.12.2025


12 dekabr, Fineko/abc.az. Hindistanın ixracı, ABŞ-ın Hindistan mallarına 50%-lik rüsum tətbiq etməsinə baxmayaraq, noyabr ayında 12% artaraq 36 mlrd dollara çatıb.

ABC.AZ xəbər verir ki, ölkə ticarət axınlarını yenidən yönləndirərək Çinə, İspaniyaya, Avropaya, BƏƏ-yə və Rusiyaya ixracı xeyli artırmağa nail olub.

Xüsusilə İspaniyaya ixrac oktyabrda 43,4%, Çinə isə 42% artıb. Elektronika satışlarında (26,3 mlrd dollar, +38%) və dəniz məhsullarında (4,7 mlrd dollar, +12%) da güclü artım qeydə alınıb.

Mənbələrin bildirdiyinə görə, Hindistan üçün yeni imkanlar Rusiya prezidenti Vladimir Putinin ölkəyə son səfərindən sonra açılıb.