Neft bahalaşır, Brent bir barelə $61,42 təşkil edir

09:25 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri keçən həftənin düşməsindən sonra bazar ertəsi keçirilən hərracda yüksəlir.

Saat 09:20-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin fevral fyuçerslərinin qiyməti $0,30 (0,49%) artaraq bir barel üçün $61,42-a yüksəlib. Dekabrın 12-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,16 (0,26%) azalaraq bir barel üçün $61,12-a enib.

Saat 09:20-ə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri $0,29 (0,51) artaraq bir barel üçün $57,53-a çatıb. Dekabrın 12-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,16 (0,28%) ucuzlaşaraq bir barel üçün $57,44-a düşüb.

Brent keçən həftə 4,1%, WTI 4,4% ucuzlaşıb.